Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Dün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

22 Nis 08:13Manşet / Dünya

ABŞ Çin sərhədlərinin yaxınlığında böyük hərbi təlimlərə başlayıb

 

ABŞ və Filippin Cənubi Çin Dənizində artan gərginlik fonunda “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.

“Balikatan 2024”ün sözçüsü Maykl Lokiqo vurğulayıb ki, hərbi təlimlərin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır.

“Burda gizlədilməli heç nə yoxdur. Ordunu hazırlamasaq, bu, ölkəyə xələl gətirəcək”, - deyə M.Lokiqo bildirib.

Filippin tərəfi qeyd edib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 kilometr aralıda keçiriləcək.

Məlumatda, həmçinin qeyd olunub ki, mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcəklər.

Mənbə: Oxu.az