Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

05 May 10:44Manşet / Gündəm

Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var

 

Üç yaşlı Narin ehtiyatsızlıqdan yanıb.

Bu barədə Oxu.Az-a onun anası Atlas Həsənova məlumat verib.

O bildirib ki, övladı martın 2-də ağır yanıq xəsarətləri alıb.

“Biz Sabirabadda yaşayırıq, mən qatıq düzəldib sataraq pul qazanıram. Martın 2-də qatıq düzəltmək üçün süd qaynatmışdım. Narin oynayarkən bilmədən gəlib qazana dəyib, südü bədəninə tökdü. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq”.

Atlas Həsənova bildirib ki, övladı üç dəfə ağır əməliyyat keçirib.

“25 gün xəstəxanada qaldıq. Bu 25 gündə övladım üç dəfə ağır əməliyyat keçirdi. Hazırda isə müalicəsini davam etdirməliyik. Biz fəhləliklə yaşayan adamlarıq. Əlimizdə olan-qalanı da tükətdik. Hazırda müalicələri davam etdirmək üçün 800 manata ehtiyacımız var”

Ailə ilə əlaqə: (051) 433-39-77.

Kapital Bank: 4169 7388 5154 7202.

Bizimlə əlaqə saxlayın