Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİR
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə dövlət qurumlarının rəsmiləri onun xatirəsini məzarı başında anıblar.
Oxu.Az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Şahmar Mövsümov, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət edənlər sırasındadırlar.
09:17
Ulu öndər Heydər Əliyev anadan olmasının 101-ci ildönümündə hörmətlə anılır.
Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər onu Fəxri xiyabandakı məzarı başında anırlar.
Baş nazir Əli Əsədov, birinci müavini Yaqub Eyyubov, müavinləri Şahin Mustafayev, Əli Əhmədov, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin sədri Sahibə Qafarova Fəxri xiyabanı ziyarət edənlər sırasındadırlar.
08:55
Ulu öndər Heydər Əliyev anadan olmasının 101-ci ildönümündə hörmətlə anılır.
Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Xatırladaq ki, bu gün Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il keçir.
Daha çox foto burada: PhotoStock.az
Almaz Qasımova, Nəzrin Vahid




















































