Menu
Xəbər Lenti
20° şaxta olacaq
Bugün, 10:39

20° şaxta olacaq

Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

18 May 11:51Manşet / Kriminal

Bakıda kişi nənəsini və arvadını bıçaqlamaqda şübhəli bilinir

 

Bakıda nənə və arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ötən gün Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla evin qonaq otağında olan nənəsi Tatilova Laçın Həsən qızına daxilə nüfuz edən 1 ədəd və arvadı Məmmədova Elminaz Sənan qızına isə daxilə nüfuz etməyən 1 ədəd xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb və E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.