Menu
Xəbər Lenti
Mahmud Quluzadə vəfat etdi
21-08-2025, 10:06

Mahmud Quluzadə vəfat etdi

Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

18 May 11:54Manşet / Dünya

Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”

 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə “Dəmir günbəz” raketdən müdafiə sistemi yaradacağına söz verib.

O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

“Ölkəmizin üzərində “Dəmir günbəz” tikəcəyik. Bu, ABŞ üçün təhlükəsizlik şəbəkəsi olacaq. Oxşar sistem İsrail dövlətinin qorunmasında böyük rol oynayır”, - deyə Tramp bildirib.

“Əgər onlarda (israillilərdə) bu olmasaydı, İsrail də olmazdı. Bizim də eyni müdafiə sisteminə ehtiyacımız var”, - o əlavə edib.

Tramp belə bir sistemin yaradılmasının ABŞ-lilər üçün yeni iş yerləri yaradacağını da bildirib.

Mənbə: Oxu.az