Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
Xəbər verdiyimiz kimi, mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızı odlu silahdan açılan atəşdən qətlə yetirilib və cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, N. Əhmədova rayonun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim kimi işləyib.
Hadisə ilə bağlı həmin məktəbin sosial şəbəkə hesabında paylaşım edilib:
“Təhsil verdiyi məktəbdə həm müəllim kollektivinin, həm də dərs dediyi şagirdlərinin sevgisini, hörmətini qazanmışdır Nətavan müəllimə. O, öz xarakteri, sakit təbiəti, rəftarı, səmimiyyəti ilə neçə müəllimin, şagirdin qəlbini fəth etmişdir. 2 övlad anası Nətavan müəllimə mehriban simasıyla övladları üçün həm ana, həm də dost olmuşdur”.






















































