Menu
Xəbər Lenti
Stresi dəf etməyin yolları
26-09-2024, 08:55

Stresi dəf etməyin yolları

Bu rayonlara yağış yağıb
25-09-2024, 07:29

Bu rayonlara yağış yağıb

Bəzi ərazilər susuz qalacaq
25-09-2024, 07:19

Bəzi ərazilər susuz qalacaq

Günə xoşbəxt başlayın!
25-09-2024, 07:14

Günə xoşbəxt başlayın!

“ABBA”nın üzvü öldü
24-09-2024, 07:07

“ABBA”nın üzvü öldü

Rəsmi Bakıdan Kanadaya cavab
23-09-2024, 07:22

Rəsmi Bakıdan Kanadaya cavab

05 Haz 08:55Manşet / İqtisadiyyat

“Rabitəbank”ın rəhbərliyi “Money20/20” tədbirində iştirak edir

rabitebankin-rehberliyi-money2020-tedbirinde-istirak-edir

“Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynov, İdarə Heyəti sədrinin müavini Ramil Nasibov və Baş direktoru Ziya Nuriyev Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən "Money20/20" tədbirində iştirak edir. Minlərlə sənaye mütəxəssisinin qatıldığı yarmarka bankçılıq, ödənişlər, “fintech” startapları və elektron pul sektorlarından əsas maraqlı tərəfləri bir yerə toplayıb.

Sənaye liderlərinin, innovatorların və startapların bir araya gəldiyi tədbir şəbəkələşmə, bilik mübadiləsi və maliyyə dünyasında ən son tendensiyaları və gələcək inkişafları müzakirə etmək üçün mühüm platformadır. Sərgi sənaye liderlərinin potensial tərəfdaşlar, investorlarla əlaqə saxlamaq və onların ideyaları ilə bağlı rəy alması üçün imkanlar yaradır.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.