Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Xarici universitetlərdən köçürülmək istəyən tələbələrin nəzərinə!
Xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir. Tələbələrin köçürülməsi yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərin şəhadətnamə əldə etməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur.






















































