Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

08 Tem 12:27Manşet / Dünya

“Bəs nahar etməyə icazə verilir?” - Aİ-yə kinayəli cavab

 

Məlum olduğu kimi, Macarıstanın Baş naziri Viktor Orbanın son günlər Ukrayna, Rusiya və Azərbaycana səfərləri dünya mediasının gündəmindədir. Orbanın Moskvaya razılaşdırılmamış səfər etməsi Aİ və NATO-dan olan tərəfdaşların narazılığına səbəb olub. Bununla yanaşı, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bəyan edib ki, Orban Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak üçün Aİ-dən mandat almayıb. 

“Qafqazinfo” xəbər verir ki, Macarıstan Baş nazirinin siyasi direktoru Balaj Orban Borrelin açıqlamasına və Aİ-nin tənqidlərinə cavab verib.

Belə ki, Balaj Orban “X” hesabında paylaşım edərək kinayəli şəkildə bildirib: “Bəs bizə nahar etməyə icazə verilir? Ya bunun üçün də Avropa İttifaqından mandat almalıyıq?”

Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib. 

Orbanın Moskvaya səfərinə münasibət bildirən Almaniya Kansleri Olaf Şolts qeyd edib ki, Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara Aİ-nin xarici siyasət nümayəndəsi kimi deyil, Macarıstanın Baş naziri olaraq gedib. Bunun ardınca, Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də ölkəyə planlaşdırılan səfərini ləğv edib.