Menu
Xəbər Lenti
“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

Qubada zəlzələ oldu
10-12-2025, 05:16

Qubada zəlzələ oldu

14 Tem 14:32Manşet / Gündəm

Metroda kondisioner problemi: Sərnişinlər narazıdır

 

Metrodan istifadə edən sərnişinlər yeni qatarlarda da havalandırma sisteminin və ya kondisionerin işləmədiyindən gileylənirlər.
Xezerxeber.az xəbər verir ki, sərnişinlər kondisionerə görə yeni qatarlara üz tutsalar da, son zamanlar qəribə situasiya ilə üzləşdiklərini bildirilər. Vətəndaşlar iddia edirlər ki, yeni qatarlardakı kondisionerlər ya işləmir, ya da sərin havanı çox zəif verir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, qatarın kondisionerində və ya digər hissələrində problem yarandıqda dərhal xətdən çıxarılaraq təmirə göndərilir.

Qeyd edilib ki, hazırda xəttə 61 ədəd qatar var ki, onun da 23-ü yeni nəsildir.