Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan Polisi, Avropa Polisinə Nümunədir! – FOTO+VİDEO
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi 22.12.2024 ilin yekun tədbirini keçirib.
Valeria Giannotta: Şuşa 2021-ci ildə xarabalıq vəziyyətində idi
Şuşaya ilk dəfə 2021-ci ildə gəlmişəm. O zaman şəhər xarabalıq vəziyyətində idi. Mətbuat qurumlarının narrativlərə qarşı mübarizələrinin şahidi oldum.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) Türkiyə üzrə Müşahidə mərkəzinin akademik və elmi direktoru Valeria Giannotta 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə deyib.
O qeyd edib ki, lobbilər tərəfindən müəyyənləşmiş narrativlər olduğu üçün obyektivliyi saxlamaq çətindir. Seçim etmək, faktları yoxlamaq, müxtəlif mənbələrlə tutuşdurmaq jurnalistlər üçün çox vacibdir.
"Biz mütləq hadisə ərazisində olmalıyıq. Etik məsuliyyəti anlamaq, məsafəni saxlamaq lazımdır. Hazırda jurnalistlər üçün məlumatları ilkin mənbədən almaq imkanı var. Dezinformasiyanı həqiqətdən ayırd etmək üçün xüsusi mexanizmlər yaradılmalıdır. Buna aid qurumlar Avropada, Rusiyada və Türkiyədə yaradılıb”, - deyə Valeria Giannotta vurğulayıb