Menu
Xəbər Lenti
Naxçıvanda 7° şaxta var
23-12-2024, 06:41

Naxçıvanda 7° şaxta var

Bayramov Serbiyaya getdi
23-12-2024, 06:29

Bayramov Serbiyaya getdi

Direktor işdən çıxarıldı
22-12-2024, 09:25

Direktor işdən çıxarıldı

Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

25 Tem 19:41Manşet / Gündəm

Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin 2-ci Şuşa Forumunda səsləndirdiyi fikirlərdə dünyanın siyasi gələcəyi üçün önəmli mesajlar var”

 

“Həqiqətən də, qürurverici mənzərədir, qeyrət qalamız, gözəl məkanımız Şuşada dünyanın ən vacib məsələləri, üzləşilən problemləri müzakirə edilir, qlobal xarakterli qərarlar qəbul olunur. Bu, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlamının real nəticələridir. Qısa müddətdə Şuşanı bərpa etmək, dünyaya tanıtdırmaq, kimliyini bəyan etmək, həmçinin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirmək bilavasitə dövlətimizin qüdrətini, Prezident İlham Əliyevin mükəmməl idarəçiliyini və qurucu, yaradıcı qabiliyyətini göstərir. Bu dəfə isə mədəniyyətimizin paytaxt Şuşa dünya mediasının üzləşdiyi xoşagəlməz hadisələrin həlli ilə məşğul olan “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi. Öncə onu deyim ki, bu mötəbər Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun iştirak etməsi, birgə müzakirə aparması tədbirə artan marağı və onun önəmini göstərir. Mövzu da son dərəcə aktualdır. Çünki yalan, heç bir əsası olmayan, böhtan xarakterli, beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındıran, cəmiyyətləri çaşdıran, ayrı-ayrı dövlətlər haqqında mənfi obrazlar formalaşdıran informasiyalar baş alıb gedir. Azərbaycan da uzun illər dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir. Odur ki, bu mənfi tendensiyaya qarşı birgə mübarizə olduqca labüddür”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən bu qədər xarici qonağın, o cümlədən media mənsubunun işğaldan azad edilmiş ərazilərimizə gəlməsi, orada işğalçılar tərəfindən törədilmiş vandalizmin izlərini gözləri ilə görməsi, eləcə də bu gün Azərbaycanın həmin torpaqlarda apardığı quruculuq işləri ilə tanışlıq, bu ərazilərin əsl sakinlərinin kimlər olduğunu bilməsi çox vacibdir: “Bu, Azərbaycana qarşı müxtəlif çevrələrdə hazırlanan yalan məlumatlara, formalaşdırılan mənfi rəyə qarşı atılan ən doğru addımdır. Çünki burada hər şeyə özü şahid olan, peşəsinə vicdanla yanaşan jurnalist həm təmsil etdiyi ölkəyə, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırır. Açılış mərasimində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, iştirakçıların çoxsaylı suallarını cavablandırması Forumun əhəmiyyətini əks etdirir. Prezident İlham Əliyev fəaliyyəti ərzində daim mətbuata açıq olub, yerli və xarici jurnalistlərlə görüşlər keçirib, onları maraqlandıran suallara aydınlıq gətirib. Bu, sözsüz ki, azad mətbuatı hər zaman dəstəkləyən, onların sərbəst fəaliyyətinə geniş imkanlar yaradan ölkəmizin başçısının demokratik təbiətindən irəli gəlir. Biz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə onlarla xarici KİV-ə verdiyi müsahibələri yaxşı xatırlayırıq. O, informasiya cəbhəsində də öndə olaraq məntiqli və tutarlı cavabları ilə baş verən hadisələrin mahiyyətinin ətraflı izahını verdi, dezinformasiyaları alt-üst edərək həqiqətləri, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırdı”.

“2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş zəkası, dərin biliyi, tutarlı arqumentləri və dəmir məntiqi ilə cavablandıran dövlətimizin başçısı cənab İlham Əliyev həm bölgədə, həm regionda, həm də dünyada yaşanan proseslərin aydın və hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu”, – AHİK sədri bildirib.

Səttar Möhbalıyev vurğulayıb ki, Forumda və bu çərçivədə təşkil olunan panel sessiyalarda aparılan fikir və təcrübə mübadilələri yalan məlumatların ifşasında, dezinformasiyaya qarşı mübarizədə kifayət qədər faydalı olacaq.

ahik.org