Menu
Xəbər Lenti
Travma Və Bədən
Dün, 19:19

Travma Və Bədən

Özünə Güvən
Dün, 18:14

Özünə Güvən

Əməkdar artist VƏFAT ETDİ
14-09-2024, 09:24

Əməkdar artist VƏFAT ETDİ

TƏBRİK EDİRİK!!!
12-09-2024, 10:37

TƏBRİK EDİRİK!!!

Nikolay Svanidze vəfat etdi
12-09-2024, 09:39

Nikolay Svanidze vəfat etdi

26 Tem 19:52Manşet / Gündəm

Prezident iki fərman imzaladı

 

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.
Prezident 2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə də Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.