Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
İranda "dil problemi" aradan qalxır? (ŞƏRH)
"İranda qəfildən bu cür keçid mümkün deyil, amma müəyyən addımlar atılacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranın yeni prezidenti Məsud Pezeşkianın ölkə Konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində atdığı ilk addımı şərh edərkən deyib.
Ekspert bildirib ki, İslam Respublikası Konstitusiyanın 15-ci maddəsi etnik qrupların ana dilində təhsil alma hüququnu tanıyır:
"Ancaq ötən illərdə bu maddənin icrası həyata keçirilməyib. İslahatçı prezident Həsən Ruhani namizəd olarkən 15-ci maddəni icra edəcəyinə söz verdi. Onun prezidentliyi dövründə bir sıra addımlar atıldı. Məsələn, Təbriz Universitetində Azərbaycan dili mərkəzi yaradıldı, Azərbaycan dili tədris olundu. Ancaq sonradan bildiyim qədər bu sahədə işlər dayandı. Pezeşkian da prezident seçkiləri kampaniyası zamanı həmin məsələni həll edəcəyinə söz verdi. Artıq bilindiyi kimi, komissiya yaradılıb".

Şərhçi bildirib ki, Pezeşkianın seçki kampaniyasında təkcə azərbaycanlılar deyil, digər etnik qruplar da fəal iştirak edib:
"Bu səbəbdən də Pezeşkianın etnik qruplara yönəlik müəyyən addımlar atması gözlənilir".
Həmsöhbətimizin fikrincə, İranda daha əvvəl etnik qruplarla bağlı xüsusi bir siyasət aparılmadığı üçün indi bu mövzu daha aktualdır:
"Yəni mərkəzi hakimiyyət də hiss edir ki, etnik qruplarin hüquqları və inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır. Bu mənada düşünürəm ki, Pezeşkian bir sıra addımlar, o cümlədən, ana dilində təhsillə bağlı müəyyən addımlar atacaq. Ancaq bu o demək deyil ki, İranda bütün etnik qruplar ana dilində təhsil alacaq. Bu texniki olaraq mümkün deyil. İran unitar dövlət olsa da, bölgənin ən çoxmillətli ölkəsidir. İranda qəfildən bu cür keçid mümkün deyil, amma müəyyən addımlar atılacaq".
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian ölkə Konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün "15-ci Prinsip Komitəsi" yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.
Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirib.
Rüfət Sultan























































