“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
15 iyun – Milli Qurtuluş Günü yalnız keçmişə qayıdış deyil, gələcəyə inamın və Azərbaycanın əbədi varlığının simvoludur.
“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”
Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
ASİHİB-nin əməkdaşları bölgələrdə ittifaq üzvləri ilə görüşlərini davam etdirir
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala bölgə təcrübə stansiyasının Yardımçı təsərrüfatlar birliyinin əmək kollektivi ilə görüş keçirilib.
Tədbirdə Birliyin direktoru Asif Əzizov çıxış edərək iştirakçılara müəssisənin fəaliyyəti ilə bağlı məlumat verib və qarşıda duran vəzifələrdən danışıb. Həmkarlar ittifaqının daim yerlərdə zəhmətkeşlərin əməyinin qiymətləndirilməsini təqdirə layiq olduğunu bildirib.
Tədbirdə çıxış edən Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev və Birliyin mütəxəssisi Rəhman Vəliyev həmkarlar ittifaqının fəaliyyətindən, əmək hüquqlarının qorunması istiqamətində atdığı addımlardan danışıb, zəhmətkeşlərin əməyinin qiymətləndirilməsinin önəmini qeyd ediblər.
Sonda Zaqatala bölgə təcrübə stansiyasının bir qrup əməkdaşına biçin dövründə göstərdikləri yüksək nəticəyə görə, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin fəxri diplomu və hədiyyələri təqdim olunub.