Xəbər Lenti
26-10-2025, 09:45
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
26-10-2025, 08:50
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
26-10-2025, 07:22
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
26-10-2025, 07:15
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
İmişli şəhərində 06.08.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub
Əhalini narahat edən problemlərin birbaşa həlli məqsədilə İmişli rayonunda vətəndaşların səyyar qəbulu müntəzəm olaraq davam etdirilir. Avqustun 6-da rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş İmişli şəhər sakinləri ilə keçirilib.İmişli şəhərinin 6 saylı tam orta məktəb binasında təşkil olunan görüş zamanı çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev sakinləri salamlayaraq yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin həllinə nail olunması ilə əlaqədar olduğunu bildirib. Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Sakinlərin təkliflərini həssaslıqla dinləyən icra başçısı mövcud problemlərin həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.



























































