Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
10 Ağu 11:30Manşet / İqtisadiyyat
Yutubun keçmiş rəhbəri vəfat etdi
Yutubun keçmiş baş direktoru Suzan Vocitski iki ildir müalicə olunduğu ağciyər xərçəngindən 56 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Quql şirkətinin icraçı direktoru Sundar Pinçai “X” hesabında məlumat verib.
“Əziz dostum Suzan Vocitskinin itkisindən hədsiz dərəcədə kədərləndim. O, Quql şirkətinin tarixində də vacib şəxs idi. Onsuz dünyanı təsəvvür etmək çətindir. O, dünyaya böyük təsir göstərən inanılmaz insan, lider və dost idi...”, - deyə o yazıb.
Qeyd edək ki, S.Vocitski 2014-2023-cü illərdə yutubun baş direktoru vəzifəsində çalışıb. O, sağlamlığı ilə əlaqədar ötən il rəhbərlikdən gedib.























































