Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Fərid Əhmədov Şamaxıda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 19 avqust tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
























































