Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
“Məni dəstəkləmək lazım deyil, milliyə inanın”
Milli komandanın baş məşqçisi Fernandu Santuş Azərbaycan çempionatının oyunlarında azarkeş azlığına görə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında azarkeşlərə səslənib.
“Sizdən bir xahişim olacaq. Çox istərdim ki, milliyə dəstək olasınız. “Qarabağ”ın avrokubok oyununa 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 nəfər. Ancaq bölgələrdə, “Turan Tovuz”un ev oyunlarına azarkeşlər gəlir. Milli komandadan yapışın. Bu, gələcəyin layihəsidir. Milliyə inanın. Məni dəstəkləmək lazım deyil, oyunçuların, millinin buna çox ehtiyacı var. Çox istərdim ki, azarkeşlər millinin oyunlarında stadionları doldursunlar”, - deyə Santuş bildirib.























































