Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Məmurlar səsvermədə
Baş nazir Əli Əsədov növbədənkənar parlament seçkilərində səs verib.
“Qafqazinfo” xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Baş prokuror Kamran Əliyev isə 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.
***
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da səsvermə hüququndan istifadə edib. O, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yaradılmış 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
***
Maliyyə naziri Samir Şərifov 35 saylı Xətai rayon seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
***
Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. O, həmçinin burada təşkil olunmuş Naxçıvan MR Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.
***
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
***
Ombudsman Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.






























































