Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

01 Eyl 12:27Manşet / Gündəm

Məmurlar səsvermədə

 

Baş nazir Əli Əsədov növbədənkənar parlament seçkilərində səs verib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Baş prokuror Kamran Əliyev isə 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da səsvermə hüququndan istifadə edib. O, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yaradılmış 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

***

Maliyyə naziri Samir Şərifov 35 saylı Xətai rayon seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. O, həmçinin burada təşkil olunmuş Naxçıvan MR Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.

***

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.

***

Ombudsman Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.