Xəbər Lenti
6-08-2026, 09:47
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
4-08-2026, 11:53
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Təcili yardım avtomobili piyadanı vuraraq öldürüb
Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30 radələrində baş verib.
Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus “İveko” markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən “Təkər Kredit” mağazasının qarşısında yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Məlikov Şahverdi Ağaverdi oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Hadisə ilə bağlı ilk məlumatı Lent.az yayıb.






















































