Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Dün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

06 Eyl 10:26Manşet / Mədəniyyət

İlham Əliyev İtaliya-Azərbaycan Universitetindən danışdı

 

“Artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin bariz nümunəsidir”.

“Qafqazzinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.

İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlət başçısı bildirib: “Orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.