Rəsmi Bakı Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırdı
İsveç millisindən imtina etdi - Türkiyə yığmasında oynayacaq isvec-millisinden-imtina-etdi
Travma Və Bədən
Həyatda baş verən problemli proseslər insanlarda travma yarada bilər. Travma idrak və emosional problemlər yaradır, lakin bu əsas etibarilə fizioloji prosesdir. Bu səbəbdən bədəni hiss etmək və bədənimizin mesajlarını tanıya bilmək travma sonrası mənəvi rifahın əsas meyarlarıdır. Fiziki və psixoloji bütövlüyümüzü təhdid edən qəfil hadisələri”travma”kimi xarakterizə etmək olar. Travmalar bədəndə müəyyən əlamətlərə səbəb olur. Bu fiziki reaksiyalar əslində bədənimizin travma qarşısında özünü ifadə etmə üsuludur. Travmatik hadisələrin həll olunmamış hissələri bədənə təsir etməkdə davam edir. Sinir sistemi travmatik hadisədə tamamlana bilməyən ünsürləri tamamlamaq və hadisədən qaçmaq üçün səy göstərir və bədən üstün bir səy göstərir. Buna görə fizioloji simptomlar meydana gəlir.
Fiziki reaksiyalar: baş ağrısı, sinə ağrısı, ürək yanması və ya ürək bulanma, ürək döyüntüsü, iştahanın artması və ya azalması, daimi yorğunluq, nəfəs darlığı.
Daim hücuma məruz qaldığınızı hiss etmək, bədən hisslərini hiss etmə qabiliyyətini maneə törətməyə başlayır. Aleksitimiya adlanan duyğulara qarşı karlıq vəziyyəti baş verir. Bu, insanın öz daxilində baş verənləri fərq edə bilməməsi, hiss etdiklərini başa düşə bilməməsi və bədəni ilə əlaqə qura bilməməsi halıdır.
Travma keçirmiş insanlar duyğularını anlamaq üçün ilk növbədə fiziki hisslərini tanıya bilməlidirlər. Misal: Bədəndəki gərginliyi, təzyiqi və temperaturu izləyə bilmək.
Nə etmək olar?
Meditasiya insana özü ilə münasibət qurmağa kömək edir. Nəfəs almağa və anın içində qalmağa diqqət yetirməyə başladığınızda, narahatlıq və qorxuların bədənə necə təsir etdiyini dərk edirsiniz. Bədəndəki gərginliyi və tıxacları azaldır.
Travma keçirmiş insanların zehni və fiziki məkanını yaratmaq və ya yenidən formalaşdırmaq üçün bir vasitə kimi istifadə rəqs və hərəkət terapiyasının əsas ideyasıdır. Rəqs, bədən hərəkəti və toxunma vasitəsilə insanlar öz bədənlərini və hisslərini fərq etməkdə və duyğularını ifadə etməkdə daha sərbəst olurlar. Bədəni və ruhu sağaltmaq üçün təsirli üsullardan biridir.
Hicran Rzayeva
Psixoloq