Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

26 Eyl 07:07Manşet / İdman

“Qalatasaray” qələbə ilə başladı - Avroliqada gecənin nəticələri

qalatasaray-qelebe-ile-basladi

UEFA Avropa Liqasında ilk turun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə doqquz qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Yunanıstan PAOK-unun öhdəsindən gəlib - 3:1.

“Qarabağ” klubunun rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderland “AZ Alkmaar”ına uduzub. Təmsilçimizin digər rəqibi “Budyo-Qlimt” (Norveç) isə evdə, azlıqda qalmasına baxmayaraq, “Portu”dan (Portuqaliya) üstün olub.

UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
25 sentyabr

“AZ Alkmaar” (Niderland) – “Elfsborq” (İsveç) 3:2

“Budyo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) 3:2

“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) 1:1

“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1

“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3

“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Çexiya) 0:2

“Midtyullann” (Danimarka) – “Hoffenhaym” (Almaniya) 1:0

“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) 1:1

“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 2:1

Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.