Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Burak Yılmaz istefa verdi
Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.
“Qafqazinfo” “NTV Spor”a istinadən xəbər verir ki, o, Superliqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.
39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, “Kayserispor” turnir cədvəlində 3 xalla 17-ci sırada yer alıb.
Xatırladaq ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb.