25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
“Bu, Makronu təşvişə salıb”
Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti yeni kabinet işə başlayandan sonra zəifləyib, üç il ərzində onu bərpa edə bilməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazır.
Mənbə qeyd edir ki, prezident yayda keçirilən növbədənkənar seçkilərdən sonra yaranmış siyasi dalandan çıxmaq üçün Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir postuna təyin edib, nəticədə nə keçmiş hakim çoxluq, nə də müxalif sağ və sol qüvvələr mütləq səs çoxluğu əldə edə biliblər.
Yazıda deyilir ki, yeni hökumətin tərkibinə onun bəzi mərkəzçi tərəfdarlarının daxil olmasına baxmayaraq, Makron indi hakimiyyəti sağla bölüşmək kimi qəribə mövqe tutub.
“Yeni güc bölgüsü Makronu təşvişə salıb. O, hiss edir ki, artıq əvvəlki kimi siyasi çəkisi yoxdur. Yeni hökumət hakimiyyətə gəldikdən sonra nazirlərin qərarları əvvəlki kimi yuxarıya çatmır, onların təqdim etdiyi məlumatlar o qədər də dəqiq deyil. Nəticədə Makronun administrasiyasında “vakuum effekti” yaranıb”, - deyə nəşrdə qeyd edilib.