Xəbər Lenti
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 10:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 21:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 21:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə öldü
Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.
“Qafqazinfo” xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.
Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.
Qeyd edək ki, o, uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.






















































