Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Lənkəran rayonu Yuxarı Nüvədi kənd M.H.Mirzəcanov adına tam orta məktəbin şagirdlərinə sertifikatlar təqdim olundu
“Xezertv.info” xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak edən Lənkəran rayonu Yuxarı Nüvədi kənd M.H.Mirzəcanov adına tam orta məktəbin şagirdlərinə beynəlxalq sertifikatlar təqdim edilib. Şagirdlərdən Milanə Ağayeva öz həmyaşıdları arasında KİNGS Beynəlxalq Olimpiadasında Azərbaycan dili fənni üzrə 1-ci yerə layiq görülərək diplomla, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirakına görə isə sertifikatla təltif olunub.
Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz “Kenquru” Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Qeyd edək ki, Lənkəran rayonu Yuxarı Nüvədi kənd M.H.Mirzəcanov adına tam orta məktəbin şagirdləri bu olimpiadada 41 şagirdlə təmsil olunaraq şagird sayına görə rayon üzrə ikinci pillədə qərarlaşıb.
Şagirdlərimizin hər birini təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzulayırıq.
PS. Xüsusi ilə qeyd etmək istəyirəm ki, qardaşım qızı Nigar Səfərlinin də olimpiadada iştirak etməsi məni qürurlandırdı.
Lənkəran rayonu Yuxarı Nüvədi kənd M.H.Mirzəcanov adına tam orta məktəbin direktoru Ramiz müəllimə və pedaqoji heyətə dərin minnətdarlığımızı bildiririk. Təhsil aldığım məktəbin uğurları hər birimizin uğurudur.
Fərid Səfərov
Xezertv.info-nun rəhbəri, AJB-nin üzvü


























































