Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

22 Ekm 07:48Manşet / Mədəniyyət

“Deyirəm, imkan olsa, təzədən sifariş verək bu yağışı!..”

deyirem-imkan-olsa-tezeden-sifaris-verek-bu-yagisi

Ölkədə son günlər yağışlı hava şəraiti hökm sürür. Bu isə paytaxt ərazisində ciddi fəsadlara səbəb olub. Belə olduğu halda insanlar ana təbiətin qəzəbi ilə bağlı fikirlərini fərqli yollarla ifadə edirlər.

“Qafqazinfo” bu məqamda tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yazdığı yeni şeiri oxuculara təqdim edir:

“Dünən bir yağış yağdı –

Uşaq noğulu,

damlaları tərli,

yol yorğunu;

Yerə düşən kimi

biri qaçıb

dənizin kirli üz-gözünü təmizlədi,

islanmasın deyə,

tindəki heykəl

əlindəki kitabı

qoltuğunda gizlədi…

Deyirəm, imkan olsa,

bir gün yığışıb –

mahnı kimi

təzədən sifariş verək bu yağışı!

Dünən bir yağış yağdı –

dizimdəki quru yelə,

adam qocalanda

axsamır ha,

sadəcə, ayağını sürüyür

son mənzilə…”