Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

20 Kas 16:12Manşet / Gündəm

General-mayor Məhəmməd Əsədovun Anım günü keçirildi

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. Faciə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq daxili işlər naziri general-mayor Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev şəhid oldular. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
20 noyabr 2024-cü il tarixində şəhidlərinin əziz xatirəsini yad etmək üçün ailə üzvləri, müharibə veteranları, general-mayor Məhəmməd Əsədovun yaratdığı Xüsusi Təyinatlı Milis Dəstəsinin veteranları Fəxri xiyabanda Anım günündə iştirak etdilər.
Xətai rayonunda yerləşən general-mayor Məhəmməd Əsədov adına 29 saylı tam orta məktəbdə şəhidin büstü qarşısında Xüsusi Təyinatlı Milis Dəstəsinin veteranları tərəfində əklil qoyuldu. Dualar oxundu.

General-mayor Məhəmməd Əsədovun Anım günü keçirildi