Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

25 Kas 06:27Manşet / İdman

TFF-nin prezidenti istefa verib?

tff-nin-prezidenti-istefa-verib

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun istefa verdiyi ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, federasiya prezidenti yayılan xəbərlərə aydınlıq gətirib.

Hacıosmanoğlu bildirib ki, haqqındakı iddialar tamamilə əsassızdır:

“Bu gün mənim Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verməyimlə bağlı əsassız xəbərlər və şayiələr dolaşıb. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, bu xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir.

Bizim həyatımız bir növ mübarizə ilə keçdi. Üzərimizə götürdüyümüz hər bir vəzifəyə canımızı qoyduq. Hər addımı vətən sevgisi ilə atdıq, bu gün də eyni inanc və əzmlə yolumuza davam edirik.

Bizim üçün vacib olan inandığımız dəyərlər uğrunda mübarizəyə davam etməkdir. İctimaiyyəti iddialarla çaşdırmaq cəhdləri heç vaxt öz məqsədinə çatmayacaq və qurumumuzun missiyasına xələl gətirməyəcək”.