Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib.
Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.
Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb isə budur ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.
"Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.