Dispetçer: Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
“İmam elan olunmuşam, mənə hər şey olar”
“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşmaq üzrədir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda sonuncu şahidlərin istintaq dövründə verdikləri ifadələri elan edilib.
Bundan sonra sənədlər tədqiq edilib.
Sədrlik edən hakim müttəhimdən bir daha əməlindən peşman olub-olmadığını soruşub.
Təqsirləndirilən şəxs imamla görüşünə icazə vermədiyi üçün xidmətçi Rəsul Həsənlini öldürmək istədiyini, buna görə də peşman olmadığını deyib: “Dörd ay mənim imamla görüşməyimə icazə vermədi. Buna görə ondan qan çıxmalı idi. İmam elan olunmuşam, mənə hər şey olar”-deyə müttəhim əlavə edib.
Tərəflərin razılığı ilə məhkəmə istintaqı tamamlanıb. İttiham tərəfi çıxışa hazırlaşması üçün vaxt istəyib.
Proses dekabrın 24-ü davam edəcək.
Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.