Xəbər Lenti
Bugün, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bugün, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
14 yaşlı oğlanın öldüyü məşq zalından - Görüntülər

Xəbər verdiyimiz kimi, dekabrın 13-ü Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubuna məxsus zalda ölüm hadisəsi baş verib.
Məşq zamanı yeniyetmə idmançılardan birinin idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, idman klubunun mühafizə xidmətinin əməkdaşı Əmir Əliyev İTV-yə açıqlamasında hadisənin müəllimin yanında baş verdiyini, yeniyetmələrin onun qarşısında məşq etdiklərini bildirib.
Qeyd edilib ki, boğulan yeniyetməyə ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin zaldan çəkilmiş görüntüləri təqdim edirik:




















































