Xəbər Lenti
2-07-2025, 13:07
Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur
30-06-2025, 13:45
“Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
İsmayıllıda evdə yanğın - Xəsarət alan var
İsmayıllıda yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə rayonun Mücühəftəran kəndində qeydə alınıb.
Yanğın kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində baş verib.
Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı 1994-cü il təvəllüdlü İbrahimov Camal İlahət oğlu yüngül dərəcəli yanıq xəsarəti alıb.
Mübariz Muradov