Xəbər Lenti
2-07-2025, 13:07
Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur
30-06-2025, 13:45
“Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
Əsəd ailəsinin adını daşıyan xəstəxanaların adları dəyişdiriləcək
Suriya Səhiyyə Nazirliyi devrilmiş prezident Bəşər Əsədin ailə üzvlərinin adını daşıyan 15 xəstəxananın adını dəyişəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
Bildirilib ki, tezliklə Hələbdəki Basil Əsəd Ürək Xəstəlikləri və Cərrahiyyə Xəstəxanası Hələb Ürək Xəstəlikləri və Cərrahiyyə Xəstəxanası adlandırılacaq. Dəməşqdəki Əsəd Universitetinin xəstəxanası isə Milli Universitet Xəstəxanası adlanacaq.
Tibb müəssisələrinin adı təkcə Dəməşq və Hələbdə deyil, ölkənin Tartus, Homs, Həma, Latakiya və digər iri şəhərlərində də dəyişdiriləcək.