Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycan-Özbəkistan veteranlarının görüşü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimindəki nitqində deyib: ”Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Azərbaycan Vətən Mühariəsi Veteranları İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Turan Yolu” Müharibə Veteranları Qrupu mütəmadi olaraq qardaş türk xalqlarının müharibə veteranları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə proqramlar və layihələr hazırlayaraq həyata keçirir. Türk dövlətlərinin müharibə veteranları ilə dostluq, birgə əməkdaşlıq münasibətlərini möhkəmləndirmək və inkişaf etdirmək üçün aktiv fəaliyyət göstərir. Türk dövlətlərinin müharibə veteranları ictimai birlikləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri yaradılıb, sıx dostluq, qardaşlıq əlaqələri qurulub, birgə müxtəlif tədbirlər hazırlanır və həyata keçirilir.
Turan Yolu Türk dövlətləri müharibə veteranlarının növbəti görüşü 25 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçirildi. AVMVİB-nin qərərgahında Özbəkistandan Azərbaycana işgüzar səfərə gələn döyüşçü-veteran, Qırğızıstan Respublikasının OF “Qırğız şairləri-yazıçılar”-nin Özbəkistan Respublikası üzrə koordinatoru Nurboyev Mukimjon Rasuljon oğlu ilə İdarə heyyətinin rəhbərliyi bir araya gəldilər. AVMVİB-nin sədri Füzuli Rzaquliyev qardaş türk xalqlarıının mütəmadi olaraq görüşməsini yüksək qiymətləndirdi. Özbəkistanlı qonaq döyüşçü-veteran Nurboyev Mukimjon Rasuljon oğlu çıxış edərək özünü qardaş Azərbaycanda çox rahat hiss etdiyini xüsusi ilə vurğuladı. Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi qələbəyə görə çox məmun olduğunu bildirdi. Görüşdə AVMVİB sədrinin müavinləri Vahid Əbdurəhmanov, Niyazi Quliyev, Elmar Hüseynov iştirak etdilər. AVMVİB sədrinin əmri ilə döyüşçü-veteran Nurboyev Mukimjon Rasuljon oğlu “AVMVİB-25 il” xatirə medalı ilə təltif olundu. Döyüşçü-veteran Nurboyev Mukimjon Rasuljon oğlu AVMİVB-nin sədri Füzuli Rzaquliyev, müavinləri Vahid Əbdurəhmanov, Niyazi Quliyev, Elmar Hüseynovu “Çingiz Aytmatov” adına xatirə medalları ilə təltif etdi. Görüşün sonunda veteranlar xatirə şəkilləri çəkdirdilər.
Fərid Səfərov
























































