Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
“TƏBİB builki sorğuların 97 %-ini cavablandırıb”

“2024-cü ildə müxtəlif media subyektlərindən ümumilikdə 2 342 sorğu daxil olub. Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova
“Media nümayəndələri üçün tibbi savadlılıq təlimi”ndə çıxışı zamanı deyib.
O bildirib ki, cavablandırılmayan sorğular TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub:
“Ötən müddət ərzində göndərilən sorğuların 65-i (2,8%-i) TƏBİB-in səlahiyyətlərinə aid olmayan sorğular olub. Apteklərin fəaliyyəti, reseptlərə yazılan qida əlavələri, estetik və plastik cərrahların qanunsuz fəaliyyəti, ölkə üzrə epidemioloji vəziyyət, evdə ölüm hallarının səbəbləri, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrində baş verən hadisələrlə bağlı ünvanlanan suallar bu qəbildəndir.
2024-cü il ərzində paylaşılan postların ümumi sayı 4 074-ə çatıb. “Facebook” və “Instagram” platformalarının izləyiciləri tərəfindən 2024-cü il ərzində 2 546 müraciət daxil olub”.
Lamiyə Məmmədova























































