Menu
Xəbər Lenti
Şahdağda qar yağıb
2-01-2025, 09:20

Şahdağda qar yağıb

03 Ock 08:18Manşet / Gündəm

DTX Azərbaycanda sabitliyin əsas təminatıdır

Azərbaycanın hüquq-mühafizə orqanları birmənalı şəkildə ölkəmizdə baş verə biləcək hər hansı bir təhlükənin qarşısını vaxtında və peşəkar şəkildə alır. Bunun nəticəsidir ki, olduqca vacib və həssas bir regionda yerləşən Azərbaycan dünyaya sabitlik və tolerantlıq nümunəsi təqdim edir

DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ

DTX uğurlu xidmətləri nəticəsində təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib. Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.
Azərbaycanın təhlükəsizlik orqanları:
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Azərbaycanın təhlükəsizlik orqanlarının əbədiyaşar lideri, xalqımızın ulu öndəri Heydər Əliyev deyirdi: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.
“Terror, ekoloji təhlükə, milli sağlamlıq və digər məsələlər bundan sonra gəlir. Baxmayaraq ki, bunlar da dövlət qarşısında xüsusi xidmət orqanlarının vəzifələridir.

Azərbaycan gənc dövlət olsa da DTX-nin zəngin ənənələri var. Bu qurum son 4-5 ildə dövlətçilik qarşısında daha böyük xidmətlər göstərib. Həm hazırki rəhbərlik, həm də heyət peşəkardır.Məhz bunun nəticəsidir ki, ölkə daxilində korrupsiyaya, məmur özbaşnalığına qarşı keçirilən peşəkar əməliyyatlar çox uğurlu olub və xalqın dəstəyini qazanıb. Bundan başqa konstitusiya quruluşunu dəyişmək istəyən qüvvələrə qarşı çox uğurlu mübarizə aparılır. Son bir neçə ildə İranın ölkəmizdəki casus şəbəbkələri bir-birinin ardınca ifşa olunub. Bu çox çətin bir məsələdir. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığından və uğurlarından ağız dolusu danışmaq olar”. Bu uğurlu xidmətlərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev cənablarına minnətdarlığımı bildirirəm. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarına növbəti fəaliyyətlərində uğurlar arzulayıram.
İlk baxışdan bunu sezmək çətindir. Çünki, müharibədə qələbəni təkcə döyüşlər yox, daha çox qabaqcadan əldə edilən informasiyalar təmin edir. Məhz həmin informasiyalar nəticəsində döyüşlərin hansı istiqamətdə aparılmasının daha böyük uğur qazandıracağı və daha az itki verəcəyimizi müəyyənləşdirmək mümkün oldu. Ona görə də 44 günlük müharibədəki qələbəmizin və Qarabağda sonradan keçirilən anti-terror əməliyyatlarının uğurunda DTX əməkdaşlarının müstəsna əməyi var”. son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin DTX-nə bir sıra əlavə səlahiyyətlər verdiyini də vurğulayıb: “Əlavə səlahiyyətlərin verilməsi, etimadın qazanılması deməkdir. Yada salaq ki, son dönəmlərdə transmilli mütəşəkkar cinayətkarlığa, kibercinayətkarlığa və beynəlxalq terrorizmə qarşı mübarizədə DTX xarici ölkələrdə öz fəaliyyətini xeyli genişləndirib.
Üstəlik, qanunsuz pul köçürmələri ilə bağlı, daha doğrusu Azərbaycanın iqtisadi təhlükəsizliyi ilə bağlı quruma verilən əlavə səlahiyyətlər onu göstərir ki, bu orqan dövlət qarşısında bütün öhdəlikləri layiqincə yerinə yetirir.

Azərbaycan həm beynəlxalq terrorizmin, həm də qonşu dövlətlərin hədəfindədir. Və qürurla demək olar ki, məhz bu qurumun sayəsində həmin təhdid və hərəkətlər vaxtında ifşa edilir , bunların qarşısı alınır”. Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə.
DTX-nın son illərdə başqa istiqamətlərdə də böyük uğurları var, sadəcə, məxfilik baxımından açıqlanmır. Amma bütün istiqamətlər üzrə xüsusi xidmət orqanlarımız fəaliyyətini fasiləsiz olaraq davam etdirir. 44 günlük müharibədən öncə də əks-kəşfiyyat tədbirlərini həyata keçirirdik. Əməliyyat şəraitinə nəzarət olunması üçün Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti öz işlərini görməkdədirlər. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq işi ilə məşğul olan şəxslərə, dini radikal, hərbi qruplaşmalara qarşı tədbirlər görülür. Əməliyyat şəraiti tam nəzarət altındadır”.

DAXİLİ İŞLƏR NAZİRLİYİ
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Polisnorqanları ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir.Ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin təminatı Azərbaycan dövlətinin əsas prioritetidir. Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə mövcud olan etibarlı sabitlik, təhlükəsizlik mühiti yüksək qiymətləndirilir. Bu gün Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir. Təəssüflər olsun ki, ölkəmizdəki sabitliyi gözü götürməyən bəzi qüvvələr, eləcə də radikal müxalifət düşərgəsi və xaricdəki antimilli qüvvələrin əlaltısı qismində çıxış edənlər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, yalan mülahizələrə əsaslanan məlumatlar yayır, ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışırlar. Təbii ki, bu cür cəhdlər Azərbaycan polisinə, bütövlükdə isə dövlətimizə qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir və hər zaman fiaskoya məhkumdur.
polis orqanları öz xidməti borcunu layiqli şəkildə və yüksək peşəkarlıqla yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanuna uyğun davranışını təmin edir. Bunun nəticəsidir ki, ölkəmizdə son dövrlərdə kriminogen durum olduqca yaxşılaşıb. Təsadüfi deyil ki, respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Cari ilin altı ayında isə daxili işlər və prokurorluq orqanları üzrə 12 min 411 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edir:
Bu, bir daha ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu, sabitliyin qorunduğunu sübut edir. Bəzi məqamlarda ölkəmizə qarşı məkrli planlar hazırlayan, şər kampaniyaları həyata keçirən anti-Azərbaycan dairələr və onların sifarişlərini yerinə yetirənlər asayiş keşikçilərini də hədəfə almaqdan çəkinmirlər. Amma onların bu iddiaları sabun köpüyü effekti verir və cəmiyyət tərəfindən ikrahla qarşılanır. Polisimizin öz vəzifəsini vicdanla və peşəkar şəkildə yerinə yetirməsi Azərbaycanda sabitliyin əsas təminatlarındandır”.
“Ən əsası isə, polis orqanlarının fəaliyyəti ildən-ilə təkmilləşdirilir, onların fəaliyyətində səmərəliliyin artırılması yönündə işlər aparılır. Təsadüfi deyil ki, artıq uzun müddətdir daxili işlər orqanlarında peşəkarlığın artırılması və gənc kadrların hazırlığı istiqamətində də ardıcıl tədbirlər reallaşdırılır. Xüsusilə də, BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların, həmçinin xarici ölkələrin təşkil etdiyi forum, müşavirə və treninqlərdə polis əməkdaşları iştirak edir, təcrübə mübadiləsi aparırlar. Ölkəmizdə bununla bağlı zaman-zaman beynəlxalq konfranslar təşkil edilir və bu da polisin fəaliyyətinin daha da effektivliyini təmin edir. Ən əsası isə, bu gün ictimai asayişi, vətəndaşların təhlükəsizliyini lazımi səviyyədə qoruyan, insanların qanuna uyğun davranışını təmin edən polis orqanlarının fəaliyyəti ən yüksək qiymətə layiqdir”.
İnkişaf edən dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Amma daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, polis peşəsi çətin və şərəfli olaraq qalır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi nəticəsində, Azərbaycan ictimai təhlükəsizliyin etibarlı qorunduğu və kriminal durumun nəzarət altında olduğu ölkələri sırasına daxil oldu. Hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 60-70 faiz aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində, həm də yaradıcı yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır, nəticələr də göz qabağındadır. Bu uğurlu xidmətlərinə görə Daxili İşlər Nazirliyinin rəisi general-polkovnik Vilayət Eyvazov cənablarına minnətdarlığımı bildirirəm. Eyni zamanda Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına növbəti fəaliyyətlərində uğurlar arzulayıram.

Ölkəmizdə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Təkcə ötən illər cinayətlərin açılmasında 95 faiz nəticə əldə olunub. Bu uğurlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Vətəndaş hüquqları beynəlxalq təşəbbüskar
Azərbaycan təmsilçisi, hüquq eksperti
Zalov İmza Tv Alyans’ın təsisçisi
Beynəlxalq Hüquq Eksperti

XəbərAl.İnfo