Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Türkiyədən Rusiya və Ukraynaya çağırış - “Hazırıq...”

“Türkiyə tərəflərin razılaşdığı format və parametrlər çərçivəsində Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Müharibənin lap əvvəlindən bəyan etmişik ki, ədalətli və davamlı sülhə danışıqlar yolu ilə nail olmaq olar. Bu çərçivədə biz hər iki tərəfin iştirak etdiyi diplomatik səylərə üstünlük veririk. Əslində, müharibənin ilk günlərində tərəfləri əvvəlcə Antalyada, sonra İstanbulda bir araya gətirdik, İstanbulda apardığımız texniki danışıqlar nəticəsində sülhə çox yaxınlaşdıq”, - agentliyin həmsöhbəti deyib.
Qeyd olunub ki, Ankara heç bir konkret plan təqdim etməyib.
Xatırladaq ki, 2022-ci il martın 10-da Antalyada Türkiyə və Ukraynanın sabiq xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında üçtərəfli görüş keçirilib. Martın 28-də isə İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub.























































