Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Mürsəl İbrahimov Sumqayıtda qəbul keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov yanvarın 15-də Sumqayıt şəhər baş idarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 1 şəhid ailəsi və 3 müharibə veteranı olmaqla 13 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.



























































