Xəbər Lenti
30-07-2026, 20:00
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
29-07-2026, 08:52
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
“Təkcə Azərbaycanla deyil, Türkiyə ilə də...” - Paşinyan

“Ermənistan sülh gündəliyinin irəliləməsində beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunda “Avropanın təsirini necə yaymaq olar” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir: “Xüsusilə, Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır”.
Paşinyan bildirib ki, İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üzərində işləyir.
O, həmçinin qeyd edib ki, Ermənistan İran və Gürcüstanla da əməkdaşlığı dərinləşdirmək niyyətindədir.






















































