Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və əməkdaşları "20 Yanvar" şəhidlərini ziyarət etdilər.

20 Yanvar faciəsindən 35 il ötür. Bu gün xalqımızın qəhrəmanlıq səhifəsi kimi yadda qalan 20 Yanvar hadisələri hər bir azərbaycanlının yaddaşında xüsusi iz buraxıb. Bununla əlaqədar olaraq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və teatrın əməkdaşları şəhidlərimizin məzarlarını ziyarət edərək onların ruhuna ehtiramlarını bildiriblər.
20 Yanvar hadisələri azadlıq və müstəqillik uğrunda mübarizəmizin rəmzidir. Həmin gün həyatını Vətən uğrunda qurban vermiş igid oğul və qızlarımızın fədakarlığı milli kimliyimizin və birliyimizin gücünü bir daha nümayiş etdirdi. Teatr kollektivinin bu təşəbbüsü təkcə şəhidlərimizin xatirəsinə hörmət ifadəsi deyil, həm də gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində nümunəvi bir addımdır.
Ziyarət zamanı şəhidlərimizin ruhuna dualar oxunmuş, onların mübarizəsi və qəhrəmanlığı bir daha xatırlanıb. Belə təşəbbüslər tarixi hadisələrin unudulmamasına və gələcək nəsillərə vətənpərvərlik ruhunun ötürülməsinə xidmət edir. Şəhidlərimizin əziz xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri























































