Könül Nəbizadə - Kiberhücuma məruz qalmamaq üçün şəxsi məlumatlarınızın konfidensiallığını qoruyun
“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.
Qərbi Azərbaycan İcması Sumqayıt şəhəri üzrə nümayəndəlikdə "Amasiya igidləri 44 günlük Vətən Müharibəsində" kitabının təqdimatı keçirildi.
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
"The Times" təhlükəli senari barədə xəbərdarlıq etdi: "Ukrayna Trampın vecinə deyil"
DYP-dən sürücü və piyadalara müraciət
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı müraciət yayıb.
“Qafqazinfo” xəbər verir ki, yol polisinin müraciətində deyilir:
“Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.
Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar”.