Menu
Xəbər Lenti
01 Şub 17:53Manşet / Gündəm

Bu gün şəhid baş leytenant Fuad Bağırovun doğum günüdür

Bu gün şəhid baş leytenant Fuad Bağırovun doğum günüdür

Fevralın 1-də şəhid baş leytenant Bağırov Fuad Allahverdi oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Bu gün şəhid baş leytenant Fuad Bağırovun doğum günüdür
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov və Faiq Qurbanov tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs edərək, şəhid adının müqəddəsliyindən və ucalığından söz açıblar.
Daha sonra şəhid Fuad Bağırovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla anılıb, şəhidlərin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid leytenant Fuad Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ”Kəlbəcərin azad olunmasına görə” və "Vətən uğrunda”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə”  medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!         
shirvan-ih.gov.az