Xəbər Lenti
Dün, 08:28
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
2-11-2025, 07:31
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Dünya ulduzu "Qalatasaray"da - Rəsmi açıqlama

Türkiyənin "Qalatasaray” klubu heyətini ulduz futbolçu ilə gücləndirir.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubdan verilən məlumata görə, 32 yaşlı Alvaro Moratanın icarəyə götürülməsi üçün "Milan”la danışıqlara başlanılıb.
Qeyd edək ki, İspaniya millisinin hücumçusu karyerası ərzində "Real Madrid”, "Yuventus”, "Çelsi”, "Atletiko", "Milan" klublarında çıxış edib. O, İspaniya millisində keçirdiyi 84 oyunda 37 qol vurub.
Morata karyerası ərzində İspaniya və İtaliya çempionluğunu (hərəsi 2 dəfə), İspaniya (2), İtaliya (3), İngiltərə (1) kubokunu, İtaliya Super Kubokunu (2), Çempionlar Liqasını (2), Avropa Liqasını (1), Avropa Super Kubokunu (1) və klublararası dünya çempionluğunu (1) qazanıb. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının, 2022/23 mövsümündə Millətlər Liqasının qalibi adını qazanıb.
2017-ci ildə "Çelsi" onun transferi üçün "Real Madrid"ə 66 milyon avro ödəyin. Bundan başqa, "Real Madrid" onun üçün 30, "Yuventus" 20, "Atletiko" 35 milyon avro xərcləyib. "Milan" ötən yau Moratanı 13 milyon avroya transfer edib.
Aydın























































