Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? (AÇIQLAMA)

İmişli rayonu Mircəlal kənd sakini Elvin Əhmədov Yunanıstanda həbs edilib.
Bir aydan çoxdur, həbsdə saxlanılan Elvin bu haqda "Xəzər Xəbər”ə danışıb.
O, telefon zəngində bildirib ki, 5 aydır, nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış. İşi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.
Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderyus həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.
Daha ətraflı videomaterialda:






















































