Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
"Qorxaq gündə min dəfə ölür, igid isə bir dəfə ölür". Ölərək dirilənlər, əbədiyaşarlıq şəhadətnaməsi qazananlar. Azərbaycanın Milli Qəhrəmanı, qürur yerimiz, and yerimiz, fəxarətimiz Mübariz Ağakərim oğlu İbrahimov...

Mübariz Ağakərim oğlu İbrahimov – Azərbaycan xalqının yaddaşında əbədi iz qoyan, igidliyi və vətənpərvərliyi ilə tarixə həkk olunmuş bir qəhrəmandır. Onun adı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında şücaətin, fədakarlığın və qəhrəmanlığın rəmzinə çevrilmişdir.
Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarından vətənə olan sevgisi, igidliyi və cəsarəti ilə seçilmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Mübariz, burada öz döyüş bacarıqları və disiplinliyi ilə komandirlərinin diqqətini çəkmişdir. Hərbi xidmətdən sonra karyerasına peşəkar hərbçi kimi davam edən Mübariz, daim yüksək mənəvi keyfiyyətləri və cəsarəti ilə fərqlənmişdir.
Mübariz İbrahimovun qəhrəmanlıq salnaməsi 18 iyun 2010-cu il gecəsi yazıldı. O, təkbaşına düşmən səngərinə daxil olaraq, erməni silahlı qüvvələrinin bir neçə hərbiçisini məhv etmiş və düşmənin ciddi itkilər verməsinə səbəb olmuşdur. Bu əməliyyat zamanı o, böyük şücaət və fədakarlıq göstərərək, öz canını vətən uğrunda fəda etdi. Mübariz düşmənə qarşı təkbaşına apardığı qeyri-bərabər döyüşdə Azərbaycan əsgərinin əzmini, yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi.
VƏTƏN VƏ AZADLIQ NAMİNƏ İÇİLƏN AND
Onun cəsarətli addımı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Onun nəşi uzun müddət düşmən əlində qaldıqdan sonra, böyük çətinliklər bahasına geri qaytarıldı və 2010-cu ilin noyabr ayında Şəhidlər Xiyabanında dəfn edildi. Bu, Azərbaycan xalqının birliyini, vətənpərvərliyini və Mübariz İbrahimova olan dərin hörmətini bir daha göstərdi.
Mübariz İbrahimov təkcə bir əsgər və ya qəhrəman deyildi, o, Azərbaycanın müasir tarixində simvolik bir şəxsiyyətə çevrildi. Onun adı məktəblərə, küçələrə, müxtəlif qurumlara verildi. Onun haqqında mahnılar bəstələndi, filmlər çəkildi, kitablar yazıldı. Mübariz İbrahimov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayan bir simvoldur.
Qəhrəmanlıq asan deyil. O, hər kəsin çata bilmədiyi ucalıqdır. Mübariz İbrahimov bu ucalığa çataraq, ölməzliyə qovuşmuşdur. Onun misilsiz qəhrəmanlığı və vətənə olan sevgisi hər bir azərbaycanlı üçün nümunədir. O, bizlərə öyrətdi ki, vətən uğrunda can vermək, qorxmadan mübarizə aparmaq ən böyük şərəfdir. O, bir daha sübut etdi ki, “qorxaq gündə min dəfə ölür, igid isə bir dəfə ölür”.
Mübariz İbrahimovun adı yaşadıqca, onun mübariz ruhu da yaşamağa davam edəcək. Azərbaycan gəncliyi onun şücaətindən ilhamlanaraq, vətənin müdafiəsi üçün daim hazır olacaq. O, torpağı, milləti, dövləti uğrunda canını fəda edən igidlərin rəmzinə çevrildi və tarixin unudulmaz səhifələrində öz yerini aldı.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ruhu şaddır, çünki onun açdığı yol qalibiyyət yoludur. Onun qəhrəmanlığı Vətən müharibəsində öz təcəssümünü tapdı və Azərbaycan Ordusu onun yarımçıq qalmış işini tamamlayaraq, torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu zəfərdə onun da ruhu, cəsarəti və döyüş əzmi hiss olundu.
Mübariz İbrahimov Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. O, bir şəhid deyil, ölərək dirilən, xalqın yaddaşında əbədi iz qoyan bir qəhrəmandır. Onun adı gələcək nəsillərə vətən sevgisinin, fədakarlığın və mübarizliyin ən ali nümunəsi kimi ötürüləcək. Mübariz İbrahimov ömrünü qurban verərək, bizə qürur, inam və vətən sevgisi miras qoydu. Bu miras bizim üçün ən qiymətli sərvətdir. Allah ona rəhmət eləsin!
Pərvanə Mirzə qızı İmamquliyeva
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri
“El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri,
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri






















































