Menu
Xəbər Lenti
Şahdağa dolu düşüb
Bugün, 09:26

Şahdağa dolu düşüb

STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

Şəhid atası vəfat etdi
3-08-2025, 09:16

Şəhid atası vəfat etdi

08 Şub 09:16Manşet / Gündəm

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında BƏT nümayəndəsi ilə görüş olub

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında BƏT nümayəndəsi ilə görüş olub

Xezertv.info xəbər verir ki, beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında olub.

Ali təhsil ocağı ilə tanışlıqdan sonra professor-müəllim heyəti, tələbələr və AHİK könüllüləri ilə görüş keçirilib. AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Akademiyada tədris prosesinin təşkili, fakültə və ixtisaslar, tədris müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib, tətbiq olunan yenilikləri diqqətə çatdırıb.

AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş müdiri Səbinə Cabarova həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan layihələr barədə təqdimatla çıxış edib.

Serqius Qlovaskas BƏT-nin fəaliyyətindən, AHİK-lə birgə reallaşdırılan layihələrdən söz açıb, qurumun ölkəmizdə ratifikasiya olunan konvensiyalarının əhəmiyyətindən bəhs edib.

Sonra Serqius Qlovaskas tələbələrin suallarını cavablandırıb.